Fiber Optik MUFTA
Product Description
Fiber Optik MUFTA
Məhsul haqqında məlumat:
Fiber optik mufta məlumat mübadiləsi sistemlərində, magistral və abonent optik kabel çəkilişində istifadə olunur. Əsasən çöl şəraitində, telekommunikasiya kanallarında, FTTH, PON, GPON şəbəkələrin şaxələndirilməsi üçün istifadə olunur. Əsas dayaq nöqtəsinin üzərində hərəsi 6 gilzalıq olmaqla 4 ədəd splays kaset mövcuddur. Daxilində olan kasetlər dəyişdirilə bilər və bununla da gilza yeri artırıla bilər. Qapağın böyük və geniş olması daxil olan fiber optik kabellərin siqnal itkisinin az olmasına müsbət təsir göstərir. Qaynaq edilən lifləri kasetlərə bərkidib lifləri rahat şəkildə dayaq nöqtələrinə bərkitmək olur. 4 ədəd magistral qoşulması üçün nəzərdə tutulan fiber optik kabel girişi mövcuddur. Daxil olan kabellərin, liflərin bərkidilməsi üçün çox sayda müxtəlif dayaq nöqtələri var. Mufta, hava şəraitinə dözümlü plastikdən hazırlanıb. Divara və dirəklərə bərkidilməsi üçün metal konstruksiyalar mövcuddur.