Patç Kord SC/APC-SC/UPC cüt lifli 1m
Share This
Product Description
Patç Kord SC/APC-SC/UPC cüt lifli 1m
Məhsul haqqında məlumat:
Patç Kord SC/APC-SC/UPC 1m, 2 lifli, fiber-optik kabel parçasıdır. Bir tərəfdən göy rəngli UPC polirovkalı SC başlıqlar ilə, digər tərəfdən isə yaşıl rəngli APC polirovkalı SC başlıqlar ilə sonlandırılmışdır. Single mode fiber optik kabeldən ibarət olan bu patç kordun uzunluğu 1 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər LSZH örtük ilə qapadılmışdır. Patç kordlar əsasən aktiv şəbəkə avadanlıqlarını, optik krosslara və digər avadanlıqlara qoşulması üçün istifadə edilir. Patç kordlar Telekommunikasiya və IT sahəsinin ayrılmaz hissələrindəndir. Bu patç kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.13dB təşkil edir, geriyə qayıdan siqnalın itkisi isə 51dB olur. İşləmə temperaturu -20°C-dən 70°C-dək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Parametrləri:
- Patç kord tipi: Dupleks;
- Lif standartı: SM;
- Konnektor tipi:SC-SC;
- Konnektorun polirovkası: APC-UPC;
- Uzunluğu: 1 m;
- Kabelin diametri: 3 mm;
- Qoruyucu təbəqə: LZSH;
- Qoruyucu təbəqənin rəngi: Sarı;
- Siqnal itkisi: ≤0,13dB;
- Geriyə gələn siqnalın itkisi: ≥51dB;
- Minimal əyilmə radiusu: 30 mm;
- İşləmə temperaturu: -20 °C ilə +70 °C arasında.