Patç Kord SM LC-LC 2 m
Product Description
Patç Kord SM LC-LC 2 m
Məhsul haqqında məlumat:
Patç Kord LC-LC 2m, (G652D-Standart) 2 lifli (9/125), fiber optik kabel parçasıdır. Hər iki tərəfdən göy rəngli UPC polirovkalı LC başlıqlar ilə sonlandırılmışdır. Single mode fiber optik kabeldən ibarət olan bu patç kabelin uzunluğu 2 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər LSZH örtük ilə qapadılmışdır. Patç kordlar əsasən aktiv şəbəkə avadanlıqlarını, optik krosslara və digər avadanlıqların qoşulması üçün istifadə edilir. Telekommunikasiya və IT sahənin ayrılmaz hissələrindəndir. Bu patç kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.11dB təşkil edir, geriyə qayıdan siqnalın itkisi isə 51dB olur. İşləmə temperaturu -20°C +50°C dərəcəyədək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Parametrləri:
- Patç kord tipi: Dupleks;
- Lif standartı: SM;
- Konnektor tipi: LC/LC;
- Konnektorun polirovkası: UPC;
- Uzunluğu (m): 2;
- Kabelin diametri (mm): 3;
- Qoruyucu təbəqə: LSZH;
- Siqnal itkisi: <0.11dB;
- Geriyə gələn siqnalın itkisi:>51dB;
- Minimal əyilmə radiusu (mm): 30;
- İşləmə temperaturu °C: -20 ilə +50 arasında