Fiber optik qaynaq aparatı Sopto SPTK-4106S
Product Description
Fiber optik qaynaq aparatı SOPTO SPTK-4106S
Məhsul haqqında məlumat:
Fiber optik qaynaq aparatı Sopto SPTK-4106S modeli yeni texnologiyalar ilə hazırlanmış avadanlıqdır. Sopto firmasının 30-a yaxın yüksək kvalifikasiyaya malik mühəndisləri tərəfindən 5 illik əziyyətin bəhrəsidir. Yeni gətirilən Sopto qaynaq aparatı İngilis və Rus dillərində istiffadə üçün uyğunlaşdırılmışdır. 16 növ qaynaq funksiyasına malik avadanlıq sizə işləmək üçün geniş imkanlar verəcək.
Sopto SPTK-4106S Fiber optik qaynaq aparatı 7 saniyəlik qaynaq müddəti ilə minimal qaynaq maksimal keyfiyyət əsasında hazırlanıb. Gilzaların bərkidilmə müddəti isə 18 saniyəyə kimidir. Təqdim olunan fiber optik qaynaq aparatı sudan müdafiə sisteminə malikdir. Yani yağış olan yerdə də acıq havada istifadə etmək mümkündür. Komplektasiyasında yüksək dəqiqliyə malik Sopto SPTK-712 model lif kəsən mövcuddur. Qeyd edilən Sopto SPTK-712 model lif kəsən 48000 dəfə lif kəsən almaz çarxa malikdir. Qaynaq aparatının qutusu ilə yanaşı lif kəsənin də ayrıca qoruyucu qutusu mövcuddur.
Koplektasiyasında lif kəsən ilə yanaşı digər lazımlı detallar da mövcuddur. Lif sıyırıcı, stripper, adaptor və batareya, təmizlik üçün spirt qabı, fırça və s. Avadanlığın ölçüləri və istifadə tipi istər düz səth üzərində istərsə də narahat səthlər üzərində istifadə etmək olar.