Patç Kord SM SC-LC 15 m
Product Description
Patç Kord SM SC-LC 15 m
Məhsul haqqında məlumat:
Patç Kord SC-LC 15m, cüt lifli, fiber-optik kabel parçasıdır. Bir tərəfi göy rəngli UPC polirovkalı SC başlıq ilə, digər tərəfdən isə göy rəngli UPC polirovkalı LC başlıq ilə sonlandırılmışdır. Konnektorların keramik hissəsi 125 mm təşkil edir. Single mode fiber optik kabeldən ibarət olan bu patç kordun uzunluğu 15 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər PVC örtük ilə qapadılmışdır və 0.9 mm diametr həcmi var. Patç kordlar Telekommunikasiya və IT sahəsinin ayrılmaz hissələrindəndir. Fiber-Optik Patç kordlar əsasən aktiv şəbəkə avadanlıqlarını, optik krosslara və digər avadanlıqlara qoşulması üçün istifadə edilir. Patç kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.06dB təşkil edir. Geriyə qayıdan siqnalın itkisi isə 53dB olur. İşləmə temperaturu -20°C-dən +50°C-dək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Parametrləri:
- Patç kord tipi: Dupleks;
- Lif standartı: SM;
- Konnektorun polirovkası: UPC;
- Uzunluğu: 15 m;
- Kabelin diametri: 3 mm;
- Qoruyucu təbəqə: PVC;
- Qoruyucu təbəqənin rəngi: Sarı;
- Siqnal itkisi: ≤0,6dB;
- Geriyə gələn siqnalın itkisi: ≥53dB;
- Minimal əyilmə radiusu: 30 mm;
- İşləmə temperaturu: -20°C ilə +50°C arasında.