Patç Kord SM FC-LC 20 m
Product Description
Patç Kord SM FC-LC 20 m
Məhsul haqqında məlumat:
Patç Cord 20m, 2 lifli, fiber-optik kabel parçasıdır. Bir tərəfi UPC polirovkalı LC başlıq ilə, digər tərəfi isə UPC polirovkalı FC başlıq ilə sonlandırılmışdır. Single mode fiber optik kabeldən ibarət olan bu patç kordun uzunluğu 20 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər PVC örtük ilə qapadılmışdır. Patç kordlar əsasən aktiv şəbəkə avadanlıqlarının, optik krosslara və digər avadanlıqlara qoşulması üçün istifadə edilir. Telekommunikasiya və IT sahəsinin ayrılmaz hissələrindəndir. Patç kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.07dB təşkil edir, geriyə qayıdan siqnalın itkisi isə 53dB olur. İşləmə temperaturu -30C-dən +50C-dək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Parametrləri:
- Patç kordun tipi: Dupleks;
- Lif standartı: SM;
- Konnektor tipi: FC-LC;
- Konnektorun polirovkası: UPC;
- Uzunluğu: 20 m;
- Kabelin diametri: 3 mm;
- Qoruyucu təbəqə: PVC;
- Qoruyucu təbəqənin rəngi: Sarı;
- Siqnal itkisi: <0.07dB;
- Geriyə gələn siqnalın itkisi: >53dB;
- İşləmə temperaturu: -30 °C ilə +50 °C arasında