Patç Kord SM LC-LC 50 m
Product Description
Patç Kord SM LC-LC 50 m
Məhsul haqqında məlumat:
Patç Kord LC-LC 50m,2 lifli, fiberoptik kabeldir. Hər iki tərəfdən göy rəngli UPC polirovkalı LC başlıqlar ilə sonlandırılmışdır. Single mode fiber optik kabeldən ibarət olan bu patç kabelin uzunluğu 50 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər LSZH örtük ilə qapadılmışdır. Patç kordlar əsasən aktiv şəbəkə avadanlıqlarının, optik krosslara və digər avadanlıqlara qoşulması üçün istifadə edilir. Patç Kordlar Telekommunikasiya və IT sahəsinin ayrılmaz hissələrindəndir. Bu patç kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.12dB təşkil edir, geriyə qayıdan siqnalın itkisi isə 51dB olur. İşləmə temperaturu -20°C-dən +50°C-dək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Parametrləri:
- Patç Kord tipi: Dupleks;
- Lif standartı: SM;
- Konnektor tipi: LC-LC;
- Konnektorun polirovkası: UPC;
- Uzunluğu: 50 m;
- Kabelin diametri: 3 mm;
- Qoruyucu təbəqə: LZSH;
- Qoruyucu təbəqənin rəngi: Sarı;
- Siqnal itkisi: ≤0,12dB;
- Geriyə gələn siqnalın itkisi: ≥51dB;
- Minimal əyilmə radiusu: 30 mm;
- İşləmə temperaturu: -20°C ilə +50°C arasında.